06.09.2017

06 sentyabr 2017-ci il tarixdə Quba rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib.

 

Tədbirdən öncə Quba rayon Təhsil Şöbəsinin əməkdaşları ,qonaqlar və bir sıra təhsil işçiləri Ümummilli Lider Heydər Əliyevin heykəli qarşısına gül –çiçək dəstələri qoymuş,ehtiramlarını bildirmişlər.

    Konfrans Dövlət Himninin səslənməsi ilə başlamışdır.Daha sonra Quba RTŞ-nin müdiri Loğman Müslümovun məruzəsi dinlənilmişdir.Loğman Müslümov çıxışında 2016-2017-ci tədris ilində əldə olunan nailiyyətlərdən ,təhsilin inkişafı istiqamətində görülən işlərdən söhbət açmışdır.

   Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Faiq Şahbazov Təhsil sahəsindəki uğurlardan ,islahatlardan söhbət açaraq 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasını konfrans iştirakçılarının nəzərinə çatdırdı.Daha sonra 2016 -2017 –ci tədris ilini müvəffəqiyyətlə başa vurub ali məktəblərə daxil olan məzunları təbrik edərək ,onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Konfransda 2016-2017-ci tədris ilində əldə olunan uğurlara həsr olunmuş sərgi təşkil olunmuşdu.

  Sonda 2016 -2017-ci tədris ilini müvəffəqiyyətlə başa vurub ali məktəblərəqəbul zamanı 600-dən yuxarı bal toplamış məzunlara RİH tərəfindən hədiyyələr təqdim olundu .

 

   

 .


Açar sözlər: