15.09.2017

Quba rayonunda 3 yeni məktəb binası istifadəyə verilib

2016- 2017-ci tədris ili Quba rayonunun təhsil ictimaiyyəti üçün sevindirici hadisələrlə başlanıb. Quba rayonunda 3 yeni tipli məktəb binası- Ərməki kənd tam orta məktəbi, Çartəpə kənd ümumi orta məktəbi,Cağacıq ibtidai məktəbi tikilib şagirdlərin istifadəsinə verilib.  Ərməki və Çartəpə məktəbliləri üçün tikilən 132 yerlik yeni məktəb binalarının və Cağacıq kəndində modul tipli 56 yerlik yeni  məktəb binasının tikilib istifadəyə verilməsi şagirdlərin və təhsil işçilərinin eyni zamanda, valideynlərin sevincinə səbəb olub.

Yeni tipli məktəblərdə fənn kabinetləri laboratoriya, kitabxana, akt zalı, idman zalı və idman meydançası fəaliyyət göstərir.

Çartəpə kənd ümumi orta məktəbinin açılışında Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Yevda Abramov, 2 saylı Regional Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov, Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov, Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin məsul əməkdaşları iştirak ediblər.


Açar sözlər: ,