14.12.2017

Qubada ibtidai sinif müəllimləri üçün təlimlər keçirilib

       Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş Aygün Mövlanovanın “Öyrənək və öyrədək!” adlı ibtidai sinif müəllimlərinin İKT bacarıqlarının artırılması layihəsi çərçivəsində Quba rayonunun Talabıqışlaq və Qəçrəş kəndlərində dərs deyən ibtidai sinif müəllimlərinin iştirakı ilə Pover Point və Makromedia Flaş proqramlarında təqdimatların, elektorn resusrsların hazırlanması, Təhsil Nazirliyi tərəfindən yaradılan www.e-derslik.edu.az və www.e-test.edu.az portallarından, eləcə də elektron lövhədən istifadə qaydaları öyrədilib. Təlimlərdən 23 nəfər müəllim faydalanıb.

         Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 

 


Açar sözlər: ,