18.12.2017

 “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

      Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, Quba İstək Liseyinin rəhbəri Elnur Gülmalıyev  çıxış edərək bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda 16 komanda mübarizə aparıb.  Nəticələrə əsasən  Quba şəhərini təmsil edən 2 saylı təbəiət fənləri təmyüllü məktəb-liseyin  şagirdlərindən ibarət “İstedadlar” komandası  birinci, Zərdabi qəsəbə təmsilçiləri olan “Atom” biliciləri ikinci, Quba şəhəri 1 saylı tam orta məktəbinin “Oliqarx” komandası isə üçüncü olub.

       Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək,  onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

      Layihə çərçivəsində bu günə qədər şimal zonasına daxil olan  Xızı, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə intellektual turnirlər keçirilmiş, ümumilikdə layihədən 300 nəfər bəhrələnmişdir.


Açar sözlər: