04.01.2018

     Quba rayonunun təhsil müəssisələrində bayram tədbirləri.

         Tədbirlərdə təhsil işçiləri ,məktəb direktorları,müəllimlər,şagirdlər ,valideynlər və müxtəlif təşkilatlardan dəvət olunmuş qonaqlar iştirak ediblə

         Bayram tədbirlərində çıxış edənlər məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi barədə geniş məlumat verib.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaylılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb.Həmrəylik gününün  dünyada və olkəmizdə yaşayan soydaşlarımız ,həmvətənlərimiz arasında birlik ,həmrəylik,mehribanlıq yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

         Keçirilən tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarxlar nümayiş olunmuş,şagirdlər Vətənə,həmrəyliyə ,və yeni ilə aid şeirlər söylərib ,ədəbi -bədii kompozisiyalarla çıxış edib ,səhnəciklər göstəriblər.

         Eyni zamanda ,təhsil müəssisələrində “Dünya Azərbaycanlılarının Həmrəylik günü “ münasibətilə rəsm ,bədii qiraət ,inşa yazı müsabiqələri keçirilib ,şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub ,divar qəzetləri,bülletenlər hazırlanıb.


Açar sözlər: