20.02.2018

15 fevral 2018 ci il tarixində Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Sarayında “Uşaq və gənclərin Ənənəvi Yaradıcılıq Gecəsi” təşkil edilib.       

      Konsertdə Bacarıqlı əllər, Xalçaçılıq, Rəssamlıq, Bitkilər aləmi, Tərəvəzçilik dərnəklərinin üzvlərinin əl işləri, rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Mərkəzin Xoreoqrafiya şöbəsinin hazırladığı rəqslər nümayiş olunub. Dərnək üzvlərimizin hazırladığı kiçik səhnələri tamaşaçılar izləyiblər. 
     Dəvətimizi qəbul edib gələn Bakı şəhəri 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca rəqqasları tədbirimizə rəng qatıb. Onların ifasında olan gözəl rəqslər maraqla qarşılanıb.
     Tədbirdə Quba rayon İcra Hakimiyyətinin, Quba rayon Təhsil Şöbəsinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, məktəblilər iştirak edib.


Açar sözlər: