16.10.2018

Məktəblilər arasında respublika çempionatı keçiriləcək

 

Fiziki tərbiyə müəllimlərinin iştirakı ilə müşavirə keçirilib.

Oktyabrın 16-da  Quba rayon Gənclər və İdman idarəsi, Quba rayon Təhsil Şöbəsi və Quba İOEUGİŞM-nin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində rayonun orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə dörd dövlət qurumu-Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,  Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış "Məktəblər arasında respublika çempionatı"nın keçirilməsi ilə əlaqədar Əsasnamənin icra edilməsi məqsədilə rayon müşavirəsi keçirilib.     

 Müşavirədə yarışların təşkili və keçirilməsi qaydaları fiziki tərbiyə müəllimlərinə ətraflı izah edilib.