28.01.2019

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final turniri keçirilib

Quba şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Quba rayon Təhsil Şöbəsinin təskilati dəstəyi ilə  “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Cümhuriyyət kuboku” intellekt festivalı adlı layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final turniri keçirilib.

Rəsmi hissədən sonra 12 komanda hərəsində 3 komanda olmaqla 4 yarımqrupda mübairzə aparıb.

            Nəticələrə əsasən A qrupundan Şabranın “Çıraqqala” və Qubanın “İstedadlar”, B qrupundan Xızı təmsilçsi “Oxu tar” və Quba təmsilçisi “TTL”, C qrupundan Şabran biliciləri “Tornado” və Qubanın daha bir komandası olan “Cümhuriyyət”, D qrupundan isə Xaçmazın “Altel-eqo” və Qusarın “TTS” komandaalrı ¼ finala vəsiqə əldə edərək qalib adı uğrunda mübarizəni davam etdiriblər.Turnirin əsasnaməsinə uyğun olaraq məğlub komandalar da “Kiçik kubok” uğrunda yarışıblar.

¼ final mərhələsini adlayan “Çıraqqala” komandası “Tornado” ilə, “istedadlar” isə “Altel-eqo” ilə mübarizədən qalib çıxaraq finala vəsiqə əldə ediblər.

Yekun nəticəyə əsasən Şabran rayonunun “Çıraqqala” komandası “Cümhuriyyət kuboku”nun sahibi olub. Quba təmsilçisi “İstedadlar” ikinci, daha bir Şabran təmsilçisi “Tornado” isə üçüncü yeri tutub.

“Kiçik kubok” uğrunda mübarizədə isə Xızı rayonunun “Oxu tar” komandası qalib adını qazanıb. Qusar təmsilçisi “TTS” ikinci, Quba biliciləri olan “TTL” komandası isə üçüncü müküfatın sahibi olub.

Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kuboklar, medallar, diplomlar, Cümhuriyyət tarixinə aid ədəbiyyat nümunələri, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar təqdim edilib.