21.02.2019

  "Narkotiklər haqqında nə bilirik, narkotik yoxsa həyat" başlıqlı  maarifləndirici tədbir keçirilib

Fevralın 20-də Quba Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə  təşkilatçılığı ilə marifləndirici  tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrinin 10,11-ci sinif şagirdləri müəllimlər, valideynlər iştirak edib.

Tədbirdə “Narkotiklər haqqında nə bilirik, narkotik yoxsa həyat”, “Radikal və seperatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar onun fəsadları və qarşısının alınması” başlıqlı mövzular müzakirə olunub.

Çıxış edənlər əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə şagirdlər arasında belə tərbiyəvi mövzuda keçirilən görüşlərin yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

Eyni zamanda dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın insan həyatını zəhərləyən bir epidemiyaya çevrilməsindən, “ağ ölüm” adlandırılan narkomaniyaya qarşı mübarizənin aparılmasında polis əməkdaşları ilə birgə vətəndaşların da rolunun vacibliyindən, bu istiqamətdə rayonda aparılan mübarizə tədbirlərindən danışılıb.

            Digər çıxış edənlər də bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən “ağ ölüm” adlandırılan narkomaniya və onun acı fəsadlarından, erkən nigahların qarşısının alınması yollarından  geniş söz açıblar.

Tədbirdə iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,