14.03.2018

Qaraçay kənd tam orta məktəbində Quba Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

    Yarışda təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Ətraflı
01.03.2018

Quba rayonunun təhsil müəssisələrində "Xocalı fəryadı" adlı silsilə tədbirlər keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Xocalı soyqırımının iyirimi altıncı ildönümünün qeyd edilməsi barədə”  12 fevral 2018 -cı il tarixli,122 nömrəli əmrilə təsdiq olunmuş “Tədbirlər planı”na əsasən Quba rayon Təhsil Şöbəsində  bır sıra işlər  həyata keçirilib

Ətraflı
01.03.2018

Prezident sərəncamı 240 minədək təhsil işçisinə şamil edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. 

Ətraflı
21.02.2018

"Mənim ana dilim " adlı tədbir keçirilib

    Fevralın 21-də Quba şəhər 2N-li məktəb -liseydə "Mənim ana dilim " adlı tədbir keçirilib.

Ətraflı
20.02.2018

15 fevral 2018 ci il tarixində Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Sarayında “Uşaq və gənclərin Ənənəvi Yaradıcılıq Gecəsi” təşkil edilib.       

      Konsertdə Bacarıqlı əllər, Xalçaçılıq, Rəssamlıq, Bitkilər aləmi, Tərəvəzçilik dərnəklərinin üzvlərinin əl işləri, rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Ətraflı
19.02.2018

16-17 fevral 2018-ci il tarixlərdə Quba şəhər 2N-li məktəb liseydə rayonun təhsil müəssisələrinin məktəbəhazırlıq müəllimlərinin seminarı keçirilib 

    Seminarı Təhsil nazirliyinin meneceri,mentor Yasəmən Cəbrayılova təşkil edib. Seminarda mentorluq fəaliyyəti haqqında məlumat verilib ,müəllimlərin tədrisdə güclü və zəif tərəfləri ,qarşılaşdığı çətinliklər müzakirə olunub.

Ətraflı
16.02.2018

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
14.02.2018

"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi

Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
07.02.2018

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə

Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Ətraflı
04.02.2018

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Ətraflı
22.01.2018

    Quba rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 20 Yanvar -Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilmişdir.

    Rayonun pedaqoji kollektivləri ,şagirdlər qrafikə əsasən Quba şəhərində yerləşən "Şəhidlər Xiyabanı"nı ziyarət etmişdir.

Ətraflı
04.01.2018

     Quba rayonunun təhsil müəssisələrində bayram tədbirləri.

 

   Quba rayonu Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrində “31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü” və” Yeni il “münasibətilə bayram tədbirləri keçirilib.

 

Ətraflı
18.12.2017

 “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

  

      Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1-сi bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və  gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib.

Ətraflı
14.12.2017

Qubada ibtidai sinif müəllimlər üçün təlimlər keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş Aygün Mövlanovanın “Öyrənək və öyrədək!” adlı ibtidai sinif müəllimlərinin İKT bacarıqlarının artırılması layihəsi çərçivəsində Quba rayonunun Talabıqışlaq və Qəçrəş kəndlərində dərs deyən ibtidai sinif müəllimlərinin iştirakı ilə Pover Point və Makromedia Flaş proqramlarında təqdimatların, elektorn resusrsların hazırlanması, Təhsil Nazirliyi tərəfindən yaradılan www.e-derslik.edu.az və www.e-test.edu.az portallarından, eləcə də elektron lövhədən istifadə qaydaları öyrədilib. Təlimlərdən 23 nəfər müəllim faydalanıb.

Ətraflı