23 iyul 1985-ci ildə Quba rayonu İkinci Nügədi kəndində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedoqoji Univeristetinə qəbul olunmuş, 2006-ci ildə həmin univeristetin Filologiya fakultəsini  bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Elmi Tətqiqat Bağçılıq və Subtronik Bitkilər İnstitutunda başlamışdır. 2006-cı ildə Quba rayonu Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində müəllim, 2007-ci ildə direktor müavini vəzifəsində çalışmışdır. 2008-2009-cu illərdə hərbi xidmətdə olmuş, 2012-ci ildə Təngəaltı kənd tam orta məktəbində direktor vəzifəsinə təyin olunmuşdur. 2012-2013-cü illərdə Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi  və humanitar məsələlər şöbəsində baş məsləhətçi, 2013-2016-cı illərdə  isə Quba rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. 2016-cı ildən İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır.

               Yeni Azərbaycan Partiyasının üzvüdür.

               Təhsil Nazirliyinin 28.12.2017-ci il tarixli, 02-09-6033/16 nömrəli razılıq məktubu və  Quba Rayon İcra Hakimiyyəti Başçısının  28 dekabr 2017-ci il tarixli 113 nömrəli əmri ilə Quba rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdur.

               Ailəlidir 1 övladı var.


Açar sözlər: