01.04.2017

Quba rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahan vermək üçün sənəd qəbulu elan edir.

    Mayın 13-ü və  14-ü əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
    Sənəd qəbulu aprelin 1-dən 30-dək həftənin iş günlərində RTŞ-də aparılacaq.
   Qeydiyyat üçün tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsinin surəti, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) surəti, RTŞ-nin müdirinin adına ərizə.
    Eksternat imtahanları Quba şəhər 2 nömrəli tam orta məktəbdə reallaşacaq.
    İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.


Açar sözlər: