01.12.2017

Eksternat qaydasında imtahanlar keçiriləcək

Quba Rayon Təhsil Şöbəsi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən vətəndaşlar üçün 28-29 dekabr 2017-ci il  tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 25-nə kimi (yalnız iş günləri) Quba rayon Təhsil Şöbəsində aparılacaq.

Eksternat imtahanları Quba şəhər 2 nömrəli tam orta məktəbdə keçiriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.


Açar sözlər: ,