Rayonumuzda Xalq maarif Şöbəsi XX əsrin əvvəllərindən fəaliyətə başlamışdır.1920-ci ildən sonra Xalq Maarif Şöbəsinin 31 nəfər müdir olmuş,onların arasında Mehdixan Vəkilov (Səməd Vurğunun qardaşı) da olmuşdur.

1992-ci ildə Quba rayon Xalq Maarif Şöbəsinin adı dəyişdirilərək ,Quba rayon Təhsil Şöbəsi adlandırılmışdır.

1995-1996-cı illərdə rayonumuzda 146 ümumtəhsil məktəbi,o cümlədən 53 orta,51 əsas və 42 ibtidai fəaliyyət göstərib.Həmin məktəblərdə 3500 nəfər müəllim işləyirdi.

Hal-hazırda Rayon Təhsil Şöbəsinin tərkibində 136 məktəb,o cümlədən 66 tam orta,43 ümumi orta və 27 ibtidai məktəb,5 məktəbdənkənar müəssisə  fəaliyyət göstərir.