Apelyasiya komissiyasının yaradılması haqqında  Quba  Rayon Təhsil Şöbəsinin  əmri

 

Ümumi və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının şəffaf təşkilinin təmin edilməsi  və yaranan  şikayətlərin araşdırılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Komissiyanın sədri müdir müavini Pərviz Nurməmmədov, üzvləriməsləhətçilərCahangir Abdullayev, Rufət Hacıyev, Gülnarə Hüseynova, metod mərkəzin rəhbəri Telman Mirzəxanov və RTŞ-nin əlaqələndiricisiŞəhriyar Rzayev təyin edilsin.

2.Məsləhətçi aparatı və RTŞ əlaqələndiricisi qeydə alınmış ərizələrin hesabatının aparılmasını və şagird-məzun sisteminə daxil edilməsini təmin etsin.

3.Daxil olan şikayətlərin dərhal və qanunvericilik çərçivəsində araşdırılması təmin edilsin.

4.Metod mərkəz məktəb direktorlarını və ərizəçiləri prosedur qaydaları ilə bağlı məlumatlandırsın.

5.Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

    

Əsas: “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydaların” təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri.

 

Loğman Müslümov 

Quba  Rayon  Təhsil Şöbəsinin  müdiri

06 may 2016-cı il

N-42