05.05.2022

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  müdiri ictimaiyyətə təqdim edilib

Mayın 5-də Quba rayon Alekseyevka  kənd tam orta məktəbinin akt zalında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  müdiri Rüfət Hacıyevin təhsil ictimaiyyətinə təqdim edilməsi mərasimi keçirilib.

 

Təqdimatdan öncə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsini ziyarət ediblər.

 

Daha sonra nazir müavini, RİH başçısı və regionun təhsil işçilərinin iştirakı ilə Rüfət Hacıyevin təqdimatı olub.

 

Firudin Qurbanov çıxışında ənab prezident İlham Əliyevin sərəncamı ilə yaradılan regional təhsil idarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə daha yüksək nəticələrə nail olmaqdır.

 

Quba RİH başçısı Ziyəddin Əliyev də çıxış edərək yeni yaradılan idarənin fəaliyyətinə uğurlar arzulayıb.

 

Sonda Quba-Xaçmaz Təhsil İdarəsinnin  müdir vəzifəsinə təyin edilən Rüfət Hacıyev çıxış edərək yüksək etimada görə təhsil naziri cənab Emin Əmrullayeva təşəkkür edib. O, bu etimadı doğruldaraq regiona daxil olan rayonların təhsilinin inkişaf etdirilməsinə nail olmaq üçün səylə çalışacağını bildirib.