05.05.2022

Bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  müdiri Rüfət Hacıyevin təhsil ictimaiyyətinə təqdim edilməsi mərasimi keçirilib.

Mayın 5-də Quba rayon Alekseyevka  kənd tam orta məktəbin akt zalında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  müdiri Rüfət Hacıyevin təhsil ictimaiyyətinə təqdim edilməsi mərasimi keçirilib.

 

Təqdimatda öncə Azərbaycan Respublikası Təhsil nazirinin müavini  Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsini ziyarət ediblər.

Daha sonra nazir müavini, RİH başçısı və regionun təhsil işçilərinin iştirakı ilə Rüfət Hacıyevin təqdimatı olub.

 

Firudin Qurbanov çıxışında Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danşıb.Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəlliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etməkdir.


Daha sonra Quba RİH başçısı Ziyəddin Əliyev çıxış edərək yeni yaradılan idarənin fəaliyyətinə uğurlar arzulayıb, təhsilin inkişafı üçün istənilən sahədə köməklik edəcəyini bildirdi. 

Sonda Quba-Xaçmaz Təhsil İdarəsinin  yeni müdiri  təyin edilən Rüfət Hacıyev çıxış edərək yüksək etimada görə təhsil naziri cənab Emin Əmrullayeva təşəkkür edərək bildirdi ki, etimadı doğruldaraq regiona daxil olan rayonların təhsilinin inkişaf etdirilməsinə nail olacaq.


Açar sözlər: ,