10.01.2017

2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
09.01.2017

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Ətraflı
09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
30.12.2016

Voleybol yarışı keçirilib

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Ətraflı
20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
12.12.2016

"Heydər Əliyev - dahi şəxsiyyət" adlı elmi praktik konfrans kecirilib

Dekabrın 10-da İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində ümumilli lider Heydər Əliyevin vəfatının 13- cü ildönümünə həsr olunmuş "Heydər Əliyev - dahi şəxsiyyət" adlı elmi praktik konfrans kecirilib.

Ətraflı
09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
07.12.2016

Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Quba rayon Təhsil Şöbəsi və "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 07 dekabr  2016 -cı iltarixində Quba şəhər Təbiət fənləri təmayullü məktəb- liseydə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda rayonun öümumtəhsil məktəblərindən 8 komanda iştirak edib.

Ətraflı
07.12.2016

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Ətraflı
05.12.2016

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ətraflı
02.12.2016

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.

Ətraflı