İdarə Haqqında

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında yaradılıb.

 

 

Azərbaycan Respublikasının Təhsil nazirinin 11.04.2022-ci il tarixli F-184 nömrəli əmri ilə “Regional Təhsil İdarəsinin Nümunəvi əsasnaməsi” təsdiq edilib.

 

Təhsil naziri Emin Əmrullayevin 29.04.2022-ci il tarixli K-386 nömrəli əmri ilə Rüfət Hacıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri təyin olunub.