15.02.2024

Peşə təmüyüllü siniflərin şagirdləri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Quba rayon Alekseyevka kənd tam orta məktəbinin peşə təmüyüllü sinifləri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

 

Şagirdlər İnstutun fəaliyyəti ilə tanış olub, prosesi yaxından izləyiblər.

 

Fəaliyyətin təşkilində əsas məqsəd peşə siniflərində təhsil alan şagirdlərin istehsalat təcrübəsinin artırılması ilə onların gələcəkdə daha rahat iş tapmalarına şərait yaratmaqdan ibarətdir.

 

Qeyd edək ki, digər məktəblərin peşə təmayüllü siniflərinin də Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna, həmçinin regionda fəaliyyət göstərən digər istehsalat müəssisələrinə səfərləri nəzərdə tutulur.


Açar sözlər: