Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib.
Gün münasibətilə məktəblərdə mühazirə, seminar və “dəyirmi masa”lar keçirilib, kitab bağışlama aksiyaları təşkil olunub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün “Hədiyyə kitabdan nağıl saatı” təşkil olunub.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliəyə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşdirilməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsi, həmçinin kitabları paylaşma mədəniyyətinin formalaşdırılmasındən ibarətdir.
Tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirlərdə şagirdlər və müəllimlər biri-birilərinə kitab hədiyyə ediblər.