Rayon təhsil sektorlarının müdirləri məktəbəqədər təhsil müəssisələrində monitorinq keçiriblər.
Monitorinqlər zamanı müəssisələrin maddi-texniki bazası ilə yanaşı, təlim-tərbiyə prosesinin, sənədləşmə işinin təşkili və uşaqların qidalanması vəziyyəti yoxlanılıb.
Qeyd edək ki, hazırda Quba rayonunda 14, Qusar rayonunda 12, Xaçmaz rayonunda 24, Şabran rayonunda 3, Siyəzən rayonunda 5 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.