12.12.2016

"Heydər Əliyev - dahi şəxsiyyət" adlı elmi praktik konfrans kecirilib

Dekabrın 10-da İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində ümumilli lider Heydər Əliyevin vəfatının 13- cü ildönümünə həsr olunmuş "Heydər Əliyev - dahi şəxsiyyət" adlı elmi praktik konfrans kecirilib. İlk öncə ulu öndərin həyatı haqda sənədli film numayiş olunub.

Məktəbin direktoru Rüfət Hacıyev, Quba RTŞ-nin metodisti Mehparə Rüstəmova və məktəbin tarix müəllimi Xəyalə Əsgərli pedaqoji kollektivə və məktəblilərə Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı olması milli və siyasi liderliyi və həyatı haqqında danışıblar. Sonda məktəblilərin ulu öndər haqqında söylədikləri şerlər dinlənilib.