02.03.2022

4 nömrəli məktəbin komandaları basketbol yarışının birincisi olub

2022-ci il 23 fevral - 2 mart tarixlərində Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə keçirilən "Məktəblilərin Respublika birinciliyi" adlı rayondaxili turnirin ilkin mərhələsinə uğurla yekun vurulub.

 

Nəticələrə görə M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin oğlanlardan və qızlardan ibarət komandaları I yerə, 5 nömrəli tam orta məktəbin oğlanlardan və qızlardan ibarət komandaları II yerə, 3 nömrəli ümumi orta məktəbin oğlanlardan ibarət komandası, R. Yusifov adına 2 nömrəli tam orta məktəbin qızlardan ibarət komandası III yerə çıxıb.

 

Qeyd edək ki, 15 oğlanlardan ibarət, 7 qızlardan ibarət, ümumilikdə 22 komanda tərkibində 200-dən çox məktəbli yarışda iştirak edib.

 

Qaliblər Şabran Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıb.