13.06.2016

"Milli Qurtuluş günü"nə həsr olunmuş elmi-praktik konfrans keçirilib

İyunun 13-də şəhər 2 saylı hümanitar fənlər təmayüllü məktəb-liseyin akt zalında 15 iyun-"Milli Qurtuluş günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbirdə Quba rayon Təhsil Şöbəsinin aparat işçiləri, ümumtəhsil məktəblərin rəhbərləri iştirak ediblər.

Elmi-praktik konfransı giriş sözü ilə Quba RTŞ-nin müdir müavini Pərviz Nurməmmədov açaraq bildirib ki, Milli Qurtuluş günü xalqımızın həyatında ən mühüm mərhələlər başlandıcıdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtması ilə ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında mühüm və gələcəyə yönəlmiş əhəmiyyətli addımlar atılıb. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev Azərbaycanı nəinki 90-cı illərin ağır faciəsindən qurtardı, hətta onun çiçəklənməsinə şərait yaratdı. Türk xalqının qəhrəman oğlu ümummilli  liderimiz Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Məruzə ətrafında Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Püstəqasım kənd tam orta məktəbininj direktoru Nail Seyidəhmədov, şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi Anar Murtuzov, şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Aida Ağayeva və başqaları çıxış ediblər.

Çıxış edənlər qeyd edib ki, ötən müddət ərzində respublikamız böyük inkişaf yolu keçib və Heydər Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın bəhrələrini respublikamızda hər bir sahədə görmək mümkündür.

Elmi-praktik  konfransa Quba RTŞ-nın müdir müavini Pərviz Nurməmmədov yekun vurub.


Açar sözlər: ,