10.06.2016

“Dostluq körpüsü” adlı festival keçirilir

Azərbaycan, Moldova Türkiyə və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir.

Quba Uşaq Yaradıcılıq Mərkəzində 10-15 iyun tarixlərində keçirilən festivala ümumilikdə 426 iştirakçı qatılıb. Bunlardan 219-u qonaq, 207-si isə yerli iştirakçılardır.

Festivalın ilk günü qonaqlar Bakı və Quba şəhərlərində rəqs festivalında iştirak ediblər.

Qeyd edək ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzi 2011-ci ildən ənənəvi olaraq Rusiya, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikalarının dəvəti ilə bir çox Beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvləri Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatlar ediblər. Festivala olan marağı nəzərə alaraq Gürcüstan, Türkiyə və Moldova Respublikaları Azərbaycana dəvət olunublar. 

Festivalın əsas məqsədi ölkələrin mədəniyyətlərini nümayiş etdirmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.


Açar sözlər: