02.05.2016

Quba rayonun ümumi təhsil müəssisələri  arasında futbol yarışına start verilib 

Aprelin 28-də məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 -cü ildönümünə həsr olunmuş futbol yarışına start verilib.

Oyunlar 6 zona üzrə  İstək liseyi,  Alekseyevka kənd tam orta məktəbi, Zərdabi qəsəbə tam orta məktəbi, 1Nügədi 1 saylı tam orta məktəbi, Ağbil kənd tam orta məktəbi  və Qırmızı qəsəbə 1 saylı tam orta məktəblərinin stadionunda təşkil olunub.

Yarımfinal və final oyunları 7 may tarixində Alekseyevka kənd tam orta məktəbinin stadionunda keçiriləcək.


Açar sözlər: ,