07.05.2016

Futbol yarışının final mərhələsi keçirilib

Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Quba rayon ümumi təhsil müəssisələrində təşkil olunmuş futbol yarışının final mərhələsi başa çatıb.

Final mərhələsi Quba rayon Alekseyevka kənd tam orta məktəbinin stadionunda təşkil olunub.

Final mərhələsində I,II və III yerlərə müvafiq olaraq Alekseyevka kənd tam orta məktəbi,Vladimirovka kənd tam orta məktəbi və Aşağı Atuc kənd tam orta məktəbi layiq görülüb.

Sonda qalib komandanın fəal oyunçuları mükafatlandırılıb.