Quba rayon Təhsil Şöbəsinin yanında pedaqoji Şura keçirilib.
Şura iclasında Quba rayon ümumtəhsil müəssisələrinin direktorları,Təhsil Şöbəsinin müdiri və məsul işçiləri, Quba rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Rəxşəndə xanım Bayramova iştirak edib.Şurada əsasən, keçən dərs ilinin yekunları, yeni dərs ilinə hazırlıq, məktəblərdə təmir işlərinin aparılması, vətəndaşların müraciətlərinə baxılması və sair məsələlər müzakirə olunub.