09.09.2016

Quba rayon təhsil işçilərinin senyabr konfransı keçirilib

 

      Sentyabrın 9-u Quba rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

   Konfransda 2015-2016-cı tədris ilinin yekunları və  yeni tədris ilində qarşıda duran vəzifələr  müzakirə olunmuşdur.

    Konfran Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olundu.Məruzə ilə çıxış edən Quba RTŞ-nin müdiri Loğman Müslümov ötən tədris ilində təhsildə əldə olunmuş nailiyyətlərdən və movcud problemlərdən danışdı.

    Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov  və Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək,təhsil işçilərini yeni dərs ili münasibətilə tbrik etdilər.

  Proqrama uyğun olaraq konfransın qətnaməsi və təhsil işçiləri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxundu.

    Sonda rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tərəfindən 2015-20146-cı tədris ilində ali məktəbə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 16 nəfər məzuna öz mükafatlarını təqdim etdi.