15.09.2016

Yeni məktəb binası istifadəyə verilib

Quba rayonun Əsparəsti kəndində 180 yerlik yeni məktəb binası istifadəyə verilib.

Açılışı "Bilik günü"nə təsadüf edən məktəb ən müasir avadanlıqlarla təchiz olunub.

Məktəbin açılış mərasimində Quba rayon icra hakimiyyətinin başçısı  Yaşar Məmmədov, Millət vəkili Yevda Abramov, Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov və başqa şəxslər iştirak ediblər.

Çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədov son dövrlərdə ölkəmizdə gedən iqtisadi islahatlardan,Azərbaycan Respublikasının Prezidentinin təhsilə qayğısından danışıb.

Rəsmi çıxışlardan sonra təntənəli açılışın rəmzi, qırmızı lent kəsilib.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində Quba rayonunda iki məktəb yenidən tikilib istifadəyə verilib.


Açar sözlər: ,