Quba rayonunda 5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə tədbir keçirilib.
Tədbir bir qurup müəllimin ulu öndər Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyması ilə başlanıb.
Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədov müəllimləri qəbul edib və bir qurup müəllimi fəaliyyətlərinə görə təltif edib.
Tədbir daha sonra şəhər 2 nömrəli məktəbin akt zalında davam edib.