17 oktyabr 2016 - cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Quba rayon Təhsil Şöbəsi ilə birgə "Müstəqilliyimizin 25 ili " mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Quba rayonu I Nügədi kənd 1 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə Respublika Bilik Fondunun əməkdaşı Vidadi Rzayev ,Bilik Fondu"nun rektoru, fəlsəfə doktoru Fəqan Balayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Quba rayon şöbəsinin sədri Sara Məmmədova, Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova, Təhsil Nazirliyinin Quba rayonu üzrə Təhsil meneceri Lalə Məmmədova, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Elşad Əliyev iştirak edib.
Tədbirdə Vidadi Rzayev və Fəqan Balayev dövlətçilik tarixindən, Mehparə Rüstəmova müstəqillik illərində təhsil sahəsində görülmüş işlərdən geniş söhbət açıblar.