03.02.2017

Quba Rayon Təhsil Şöbəsinin yanında növbəti Şura iclası keçirilib

Fevralın 3-də Azad Məmmədov adına Quba şəhər 2 nömrəli məktəb-liseyin akt zalında, Quba Rayon Təhsil Şöbəsinin yanında növbəti Şura iclası keçirilib.

İclasda Quba rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova da iştirak edib.

Ötən ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda təşkil olunmuş iclas Təhsil Şöbəsinin müdiri Loğman Müslümovun hesabat xarakterli çıxışı ilə başlayıb. Daha sonra I yarımilliyin yekunları, dərs ilinin əvvəlində yeni təyin olunmuş gənc müəllimlərin iş fəaliyyəti,müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələri və təməyül siniflərin təşkilinə hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb.

Sonda Quba rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova təhsil işçilərinə öz təklif və tövsiyələrini verib.


Açar sözlər: