15.03.2017

"İlaxır çərşənbə" qeyd edilib

Martın 15-i Xınalıq kənd tam orta internat məktəbinin müəllim və şagird kollektivinin təşkilatçılığı ilə Novruz bayramı -"İlaxır çərşənbə" təntənəli şəkildə qeyd edilib.

Tədbirdə Azərbaycan xalqının qədim adət-ənənələrini, milli geyimlərini və digər milli mənəvi dəyərlərini  əks etdirən şagirdlərin əl işləri sərgilənib. Bundan əlavə ökəmizdə dinamik inkişaf edərək bütün dünyaya nümunə olan multikulturalizm mövzusuna aid guşələr yaradılıb.

Tədbirdə Xınalıq kənd sakinləri ilə yanaşı qonşu kəndlərdən də qonaqlar iştirak ediblər.


Açar sözlər: ,  ,  ,