01.04.2017

Qubada "Məktəb bağları" layihəsi baş tutub

IDEA İctimai BirliyiBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi Qubada davam etdirilib.

Layihəyə uyğun olaraq, aprel ayının 1-i Quba rayonunda məktəb şagirdləri ilə birlikdə meyvə ağacları əkilib. Ağacəkmə kampaniyası rayonun  4 məktəbində  təşkil edilib.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. FAO-nun fəaliyyətində dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemləri yaradılması əsas istiqamətlərdəndir.

Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib.

“Məktəb bağları” layihəsi çərçivəsində rayonumuzun 4 məktəbində 500-ə yaxın ağac əkilmişdir.

 


Açar sözlər: ,