27.05.2017

"İslam Həmrəyliyi İli"nə həsr olunmuş İntellektual oyun üzrə Regional məktəb çempionatı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 55 nömrəli 19 may 2017-ci il tarixli əmrinə əsasən 27 may 2017-ci il tarixində Quba şəhər Şahmat məktəbində "İslam Həmrəyliyi İli"nə həsr olunmuş İntellektual oyun üzrə regional məktəb çempionatı keçirilib.

İntellektual oyun üzrə Regional məktəb çempionatında Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Abşeron və Qubadlı rayonlarının məktəbliləri iştirak ediblər, Nəticədə Xaçmaz rayonunun məktəbliləri yarışmanın qalibi olub.

Qalib komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 


Açar sözlər: ,