05.06.2017

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə təlimlər həyata keçirilib

Community.AZ MMC tərəfindən "Məktəb icmaları" layihəsi çərçivəsində Quba rayonunda şagird, valideyn və müəllimlər üçün "Keçid dövrü və yeniyetmə psixologiyası, XXI əsrdə uşaqların internetdən asılılığı və sosial şəbəkələrin təhlükələrinə qarşı mübarizə aparılmasının həlli yolları" mövzularında təlimlər keçirillib.

Təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.Təlimlər peşəkar psixoloq Tünzalə Verdiyeva tərəfindən aparılır .

Layihənin əsas məqsədi şagirdlər, valideyn və müəllimlər arasında ünsiyyət qurmaqdan, ictimai həyatda sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələr haqqında onları məlumatlandırmaqdan ibarət olub.


Açar sözlər: ,  ,  ,