16.06.2017

“İslam Həmrəyliyi İli“nə həsr olunmuş tədbirlər keçirilir

2017-ci ilin “İslam Həmrəyliyi İli “elan edilməsi  ilə bağlı Azərbaycan Respublikasının Təhsil  Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Quba rayon Təhsil Şöbəsi də Tədbirlər Planı hazırlayıb.

 Belə ki, Quba şəhər TTL,şəhər 2N-li məktəb –liseydə ,4N-li məktəb –liseydə ,şəhər 5 N-li və 7 N-li tam orta məktəblərdə ,Qəcər –Zeyid ,Zərdabi ,Alekseyevka ,Aşağı Atuc ,Güləzi ,Qam –Qam ,Vəlvələ kənd tam orta məktəblərində “Milli düşüncə ,milli qürur”,” İslam və demokratiya”, İslam incəsənəti “, “ İslam mədəniyyəti “, “İslam mədəniyyətində həmrəylik “, “ Dini radikallıq cəmiyyətin bəlasıdır “ kimi mövzularda dəyirmi masalar, elmi -praktik konfranslar və digər tədbirlər həyata keçirilib.

Tədbirlərdə valideynlər, təhsil işçiləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.


Açar sözlər: ,