Quba rayon Təhsil Şöbəsi son günlərdə 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017-ci il tarixli, 261 nömrəli əmrinin və “Təhsildə keyfiyyət ili “ çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq ilk növbədə Quba rayon Təhsil Şöbəsi metodmərkəzində təhlillər aparılıb, hər bir istiqamət üzrə seminarların keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Quba rayon Təhsil Şöbəsi tərəfindən 14.10.2017-ci il tarixdə direktor müavinləri ilə, 20.10.2017-ci il tarixdə məktəb psixoloqları ilə, rayonun ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri ilə, 28.10. 2017-ci il tarixdə UBT rəhbərləri ilə seminarlar keçirilib. Seminarlarda iştirakçılara müəyyən metodik tövsiyələr verilib, ,müvafiq təkliflər müəyyənləşdirilib. Hazırda digər istiqamətlər üzrə də işlər davam etdirilir.