Quba rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.
Rayonun pedaqoji kollektivləri,bşagirdlər qrafikə əsasən Quba şəhərində yerləşən "Şəhidlər Xiyabanı"nı ziyarət edib.
RTŞ-nin kollektivi də yanvarın 20-də "Şəhidlər Xiyabanı"nı ziyarət edib azadlıq uğrunda Şəhid olan soydaşlarımızın xatirəsini ehtiramla yad edərək, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.