Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Xocalı soyqırımının iyirimi altıncı ildönümünün qeyd edilməsi barədə” 12 fevral 2018 -cı il tarixli,122 nömrəli əmrilə təsdiq olunmuş “Tədbirlər planı”na əsasən Quba rayon Təhsil Şöbəsində bır sıra işlər həyata keçirilib. Tədbirlər planından irəli gələn məsələlərlə bağlı Quba rayon Təhsil Şöbəsi də öz tədbirlər planını hazırlayıb, bütün təhsil müəssisələrinə bu məlumatlar çatdırılıb. Bununla bağlı rayonun bütün təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş seminarlar, dəyirmi masalar, təşkilat saatları keçirilib, məktəb rəhbərliyi tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparılıb.Ümumutəhsil məktəblərində Xocalıdan bəhs edən divar qəzetləri, sinif və fənn bülletenləri hazırlanıb. Rayonun bütün təhsil müəssisələrində 26 fevral tarixində Xocalı Soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilib.Bu dərslərdə rayonun bir sıra tanınmış şəxsləri, müharibə əlilləri, Qarabağ veteranları iştirak edib. Keçirilən tədbirlərdə şagirdlərə həmin günü baş verən dəhşətli hadisələr haqqında məlumatlar verilib.