14.03.2018

Basketbol üzrə qızlar arasında rayon birinciliyi keçirilib

   Yarışda təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

   Yarışın keçirilməsində məqsəd rayonda basketbol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə maraqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili, həmçinin basketbol oyunu üzrə rayonun ən güclülərinin müəyyənləşdirilməsidir.

   Gərgin oyun şəraitində keçən yarışda I yeri Qırmızı Qəsəbə  1 nömrəli tam orta məktəbin komandası, II yeri Ağbil kənd tam orta məktəbin komandası, III yeri Alekseyevka kənd  tam orta məktəbin komandası tutub.

 


Açar sözlər: ,