09.04.2018

"Şahin"hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb

    Oyun Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq keçirilir.

   Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

    Yarış zamanı məktəbləri hər birində14 nəfər (10 oğlan, 4 qız) olmaqla VIII və X sinif şagirdlərindən ibarət komandalar təmsil edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıb və hər bir komanda 5 ballıq sistem üzrə qiymətləndirilib.

    Rayonun ümumtəhsil müəssisələrindən 50 komanda “Şahin” hərbi-idman oyunlarında iştirak edib. Nəticələrə görə 1-ci yerə Quba şəhər 6 N-li tam orta məktəbin komandası, 2-ci yerə Qaraçay kənd tam orta məktəbin komandası, 3-cü yerə Quba şəhər 2 N-li məktəb-liseyin komandası layiq görülüb.


Açar sözlər: ,  ,