25.04.2018

Quba və Qusar məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələri qurulub

     İlk öncə Qaraçay kənd tam orta məktəbinin müəllim kollektivi Qusar şəhərində Ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etmiş,heykəlin önünə gül qoyaraq öz ehtiramlarını bildiriblər.Daha sonra Qusar rayonunda yerləşən "Şəhidlər Xiyabanı"nı ziyarət edərək Azərbaycanın Milli Qəhrəmanı Çıngiz Qurbanovun məzarı önünə gül qoyublar.

    Yuxarı Zeyxur kənd tam orta məktəbində qonaq olan Qaraçay məktəbinin kollektivi məktəblə və məktəbin kollektivi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

    Görüşdə Qusar rayon Təhsil Şöbəsinin Metodmərkəzinin direktoru Qorxmaz müəllim və Quba rayon Təhsil Şöbəsinin Metodmərkəzinin direktoru Namik müəllim də iştirak edib.


Açar sözlər: ,