Mayın 3-də Quba rayonu Qaraçay kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ulu Önərin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgi təşkil olunub, şagirdlərin rəsmləri və əl işləri nümayiş olunub, Ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunmuş xüsusi bulleten və divar qəzetləri hazırlanıb. Tədbirdə şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səslənib, videofilm nümayiş edilib.