14.05.2018

Pedaqoji əməkdaşliq əlaqələri davam edir


      Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması” barədə 05 yanvar 2018-ci il tarixli 21№li əmrinə uyğun olaraq Qusar və Quba rayon Təhsil Şöbələri artıq pedaqoji əməkdaşlığa start verib.. Bu günlərdə Qusar rayon Yuxarı -Zeyxur kənd tam orta məktəbinin bir qrup müəllimi Qaraçay kənd  tam orta məktəbinin qonağı olub.Məktəblə və pedaqoji kollektivlə tanışlıqdan sonra pedaqoqlar “Dəyirmi masa” ətrafinda fikir mübadiləsi aparıb.
      Quba rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri N.Hümmbətov Qusar rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Q.Muradov görüləcək işlərlə bağlı fəaliyyət planının mahiyyətini şərh edib.

  Pedaqoji əməkdaşlıq çərçivəsində məktəblərarası voleybol üzrə yoldaşlıq oyunu keçirilib. Hər iki məktəbin pedaqoji kollektivi xatirə olaraq məktəbin həyətində aşac  əkiblər.Görüş Qaraçay məktəblilərinin hazırladığı konsert proqramə ilə başa çatıb.


Açar sözlər: