14.05.2018

"ASAN Xidmət Mərkəzi"ndə tədbir keçirilib

Mayın 13-də Quba "ASAN Xidmət Mərkəzi"ndə Təhsil Nazirliyinin razılığı, "Femmes Digitales klubu"nun, Quba rayon Təhsil Şöbəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "İKT Qızlar üçün III Regional Konfransı " keçirilib.

Konfransda rayonun VII, VIII, IX, X siniflərindən 63 şagird iştirak edib .Konfransın sonunda "Breyn-ring" intellektual oyunu keçirilib.Yarışın nəticələrinə görə rayonun II Nügədi 3N-li tam orta məktəbin şagirdləri I yerə layiq görülüb və dekabrda keçiriləcək mükafatlandırma mərasiminə vəsiqə qazanıblar.


Açar sözlər: