14.05.2018

 Quba rayonu  üzrə eksternat imtahanı keçirilib

 

    İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak edib.

    Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, Azərbaycan bölməsi üzrə 6 fənn (ana dili, ədəbiyyat, riyaziyyat, informatika, fizika və kimya)  imtahan veriblər.

    Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

    Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdan ibarətdir.