17.05.2018

IX siniflər üçün sınaq imtahanları keçirilir.

11 may tarixdən başlayaraq Quba rayon ümumtəhsil məktəblərinin IX sinifləri üçün sınaq imtahanları keçirilir.

Qeyd edək ki, sınaq imtahanları Quba rayonu üzrə Təhsil Menecerinin təşəbbüsü ilə keçirilir.

Sınaq imtahanları Azərbaycan dili və riyaziyyat fənni üzrə keçirilir.60 sualdan ibarət olan test formasında keçirilən sınaq imtahanları formalaşdırılarkən testlərin çətinlik dərəcəsi, sualların asan, orta və çətinliyi,testlərin sayının mütənasibliyi,mövzuların uyğunluğu nəzərə alınıb.

Sınaq imtahanlarını keçirməkdə məqsəd şagirdlərin imtahan stresini azaltmaq və hazırlıq səviyyəsini müəyyən etməkdir.

Bildiririk ki, IX siniflər üçün sınaq imtahanlarının I mərhələsi mart ayında keçirilib və nəticələri təhlil olunaraq şagirdlərə məlumat verilib.


Açar sözlər: